Dünya çempionumuz Vətənə qayıdıb - FOTO

Xəbərlər
26 Noyabr 2023 10:28
134
Dünya çempionumuz Vətənə qayıdıb - FOTO

İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının qalibi, Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, şahmatçını Heydər Əliyev Beynəlxalq Hava Limanında yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edib.

İdman.biz