Qubada Azərbaycan Respubikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə sayca ikinci dəfə keçirilən "Quba Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi baş tutub.
İdman.Biz xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov regional turnirlərin ölkədə şahmatın kütləviliyinin artırılmasındakı rolunu xüsusi qeyd edib.
AŞF rəhbəri “Quba Open” Beynəlxalq Şahmat Festivalının “Azərbaycan Şahmat Turu”nun önəmli parçası olduğunu bildirib.
Qeyd edək ki, yarış şahmat ənənələrinin inkişafında və Quba şahmat məktəbinin formalaşmasında müstəsna xidmətlər göstərən beynəlxalq hakim Qüdrət İsmayılovun əziz xatirəsinə həsr olunub.
Turnirin ümumi mükafat fondu 24 420 manat təşkil edir. Yarışda 11 ölkədən 300-dən artıq şahmatçı mübarizə aparır.
