Şəhriyar Məmmədyarov reytinq xalları itirsə də, FIDE siyahısındakı mövqeyini qorudu - İDMAN.BİZ-in İCMALI

1 Sentyabr 2026 12:59
109
Şəhriyar Məmmədyarov reytinq xalları itirsə də, FIDE siyahısındakı mövqeyini qorudu - İDMAN.BİZ-in İCMALI

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov bir neçə reytinq xalını itirməsinə baxmayaraq, dünya sıralamasındakı mövqeyini qoruyub.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı il sentyabrın 1-nə olan dünyanın aparıcı şahmatçılarının reytinqini açıqlayıb.

Azərbaycanın aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarov üç ELO xalı itirməsinə baxmayaraq, 2720 xalla 22-ci pillədə qalıb.

Dünya reytinqinin ilk 100-lüyündə yer alan digər azərbaycanlı şahmatçılar isə belə sıralanıb:

Teymur Rəcəbov (2689) – 38-ci yer,

Aydın Süleymanlı (2664) – 49-cu yer,

Maqomed Muradlı (2653) – 63-cü yer,

Rauf Məmmədov (2631) – 91-ci yer.

Sentyabrın 1-nə olan dünya reytinqinin ilk onluğu belədir:

Maqnus Karlsen (Norveç) – 2823

Hikaru Nakamura (ABŞ) – 2792

Fabiano Karuana (ABŞ) – 2789

Cəvohir Sindarov (Özbəkistan) – 2778

Uesli So (ABŞ) – 2774

Vinsent Keymer (Almaniya) – 2764

Nodirbek Abdusattorov (Özbəkistan) – 2762

Rameşbabu Praqnanandhaa (Hindistan) – 2761

Arcun Eriqaisi (Hindistan) – 2759

Aniç Giri (Niderland) – 2757.

Qadın şahmatçıların dünya reytinqində isə Azərbaycanın aparıcı təmsilçisi Ülviyyə Fətəliyeva hesabat dövründə 38 xal itirib. O, 2402 xalla 25-ci pillədən 43-cü yerə düşüb. Fətəliyeva ötən ay 11 partiya keçirib və bu görüşlər onun üçün olduqca uğursuz nəticələnib. Bu da reytinqdə ciddi geriləməsinə səbəb olub.

İlk 100-lükdə yer alan digər azərbaycanlı qadın şahmatçılar:

Güvhar Bəydullayeva (2392) – 53-cü yer,

Xanım Balacayeva (2356) – 82-ci yer,

Günay Məmmədzadə (2351) – 90-cı yer.

Ölkələrin şahmat reytinqində isə Azərbaycanın mövqeyi bir pillə geriləyib. Ölkənin ən güclü 10 şahmatçısının orta reytinq göstəricisinin nəzərə alındığı siyahıda Azərbaycan 2627 xalla 7-ci yerdə qərarlaşıb. Özbəkistan 2628 xalla Azərbaycanı 6-cı pillədən sıxışdırıb.

Ən güclü şahmat ölkələrinin ilk onluğu belədir:

ABŞ – 2725

Hindistan – 2705

Çin – 2664

Rusiya – 2641

Gürcüstan – 2629

Özbəkistan – 2628

Azərbaycan – 2627

Fransa – 2627

Ukrayna – 2624

Niderland – 2610.

Qadın şahmatçılar arasında ölkələrin reytinqində Azərbaycan 2296 xalla 11-ci pillədəki mövqeyini qoruyub.

Qadın şahmatının ən güclü ölkələrinin ilk onluğu:

Çin – 2484

Hindistan – 2431

Ukrayna – 2392

ABŞ – 2370

Gürcüstan – 2368

Qazaxıstan – 2360

Polşa – 2344

Rusiya – 2340

Fransa – 2332

Almaniya – 2331.

Qeyd edək ki, növbəti FIDE reytinqi oktyabrın 1-də formalaşdırılacaq. Yeni sıralama sentyabrın 15-27-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının nəticələri əsasında müəyyənləşəcək.

İdman.Biz