Mərhum deputat Qənirə Paşayevanın xatirəsinə həsr olunan III beynəlxalq şahmat turniri başa çatıb.
İdman.Biz bildirir ki, yarışın bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Məmmədyarovlar” Şahmat Mərkəzinin rəhbəri Zeynəb Məmmədyarova, Qənirə Paşayevanın ailə üzvləri və digər şəxslər iştirak ediblər.
Bağlanış mərasimində əsas kateqoriya ilə yanaşı, 8, 10, 12 və 14 yaş qruplarında oğlan və qız şahmatçılar da mükafatlandırılıblar. Qaliblərə pul mükafatları, kubok, medal və diplomlar təqdim olunub.
Yekun nəticələrə əsasən, Atilla Cabbarlı turnirin qalibi olub. Xanimzar Hümbətli ikinci, Səid Əlizadə isə üçüncü yeri tutub.
Yaş kateqoriyalarında Mustafa Maqsudsoy, Azad Xuduzadə, Kamran Babayev, Cavad Mürsəlzadə, Amina Amanzadə, Əsra Nəsibli, Alsu Mehtiyeva və Leyla Hümbətli birinci yerə layiq görülüblər.
