Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Rauf Məmmədov: “Yığmamızın uğurlarının davamı gələcək” - İdman və Biz

Rauf Məmmədov: “Yığmamızın uğurlarının davamı gələcək”

Müsahibə
23 Noyabr 2023 12:25
362
Rauf Məmmədov: “Yığmamızın uğurlarının davamı gələcək”

“Yığmamızın oyununu, həmçinin Bolqarıstan – Gürcüstan oyununu izləyirdim. Çempion olmaq şansımız 50-nin 50-yə idi”.

Bunu İdman.biz saytına azərbaycanlı şahmatçı Rauf Məmmədov deyib.

O, Montenoqroda komandalararası Avropa çempionatında qadınlardan ibarət millimizin gümüş medal qazanmasına münasibət bildirib. Məmmədovun sözlərinə görə, komandamız yeganə məğlubiyyətini aldığı bolqarlara vaxta və həyəcan səbəbindən uduzub: “Bolqarıstan bu çempionatda həqiqi xarakter nümayiş etdirdi. Biz də gələn il qızıl medal qazanmaq üçün əlimizdən gələni edəcəyik. İstər qadınların, istərsə də kişilərin yarışında uğurlarının davamı gələcək”.

Qeyd edək ki, qadınlardan ibarət milli 7 turda qələbə qazanıb, bir dəfə heç-heçə edib, yeganə məğlubiyyətini isə Avropa çempionu olan Bolqarıstan yığmasından alıb. Kişilərdən ibarət komandamız isə 20-ci olub.

Banuçiçək Hüseynli

İdman.biz