Qadın şahmatçılar arasında Bakıda keçirilən Dünya Kubokunun qalibi müəyyənləşib.
İdman.biz-in məlumatına görə, FİDE-nin bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina turnirin qalibi olub.
Rusiyalı idmançı finalda bolqarıstanlı Nurgül Salimovanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ukraynalı Anna Muziçuk isə üçüncü yeri tutub.
Qeyd edək ki, kişilər arasında Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.
İdman.biz