Maqnus Karlsen: "Abasovla görüşdə asan olmayacaq"

Xəbərlər
17 Avqust 2023 10:00
Maqnus Karlsen: "Abasovla görüşdə asan olmayacaq"

Şahmat üzrə Bakı Dünya Kubokunun əsas favoriti Maqnus Karlsen lövhənin sahibi Nicat Abasova qarşı keçiriləcək yarımfinal görüşünə hazırlıqdan danışıb.

İdman.biz xəbər verir ki, norveçli 1/4 finalda hindistanlı Dommaraja Qukeşi məğlub edərək, digər hindistanlı Santoş Vidit Qucarati məğlub edən azərbaycanlı qrossmeysterlə yarımfinalda oynayacaq.

"Əslində, yarımfinala yüksəlmək çox xoşdur, çünki ona gedən yolda ən güclü rəqiblərlə görüşdən yayındım. Əvvəlki Dünya Kuboklarında mən finaldan iki dəfə bir addım qalmış dayandım və belə bir ssenarini təkrarlamaq istəməzdim", - Karlsen 1/4 finaldan sonra deyib.

Keçmiş dünya çempionu əlavə edib ki, Nicat Abasov Bakıda təsirli oyun nümayiş etdirir. "O, olduqca maraqlı hərəkət edir, bir çox güclü rəqibləri məğlub etdi. Təbii ki, qarşıdakı oyun asan olmayacaq, amma eyni zamanda qeyri-adi nəsə etməli olacağımı düşünmürəm. Öz oynumu oynamalıyam və ümid edirəm ki, hər şey yaxşı olacaq", - deyə Maqnus əlavə edib.

Yarımfinal görüşləri avqustun 19-dan 21-dək keçiriləcək. Şahmatçılar qalibi müəyyən etməsələr, oyunu tay-breklə davam etdirəcəklər.

Abasov üçün Dünya kubokunun yarımfinala yüksəlməsi artıq karyerasında ən yüksək nəticədir.

Həmçinin Azərbaycan şahmatçısının da mübarizə apardığı Dünya Kubokunda Namizədlər Turnirinə üç vəsiqə oynanılır.

Nicat Zəkiyev

İdman.biz