Daşkənddə şahmat üzrə Masters turniri davam edir.
İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu gün üçüncü görüşünü keçirib.
İlk iki turda heç-heçə edən həmyerlimiz bu dəfə də xalları yarı bölüb. O, qara fiqurlarla 25-ci gedişdə iranlı Parham Maqsudlu ilə heç-heçə edib.
3-cü tur
Parham Maqsudlu (İran) - Şəhriyar Məmmədyarov – 0,5:0,5
Nodirbek Abdusattarov (Özbəkistan) – Nodirbek Yakubboyev (Özbəkistan) 0,5:0,5
Vidiş Santoş Qujarati (Hindistan) - Javoxir Sindarov (Özbəkistan) – 0,5:0,5
Rixard Rapport (Macarıstan) - Aleksandr Qrişuk (FİDE) – 0,5:0,5
Yu Yanqyi (Çin) - Aleksey Sarana (Serbiya) – 1:0
Qeyd edək ki, Şəhriyar ilk turda Vidiş Santoş Qujarati və Nodirbek Abdusattarovla “sülh” bağlayıb. Turnir 9 turdan ibarət olacaq.
İdman.biz