Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında dünya çempionatında 5-ci turun partiyaları oynanılıb.
İdman.biz xəbər verir ki, hesabat turunda şahmatçımız Ayan Allahverdiyeva qara fiqurlarla isveçrəli Sofiya Hrizlovanı üstələyib.
Qara fiqurlarla mübarizə aparan digər təmsilçimiz Nərmin Abdinova isə yerli Deşmux Duvyaya uduzub. Səbinə Rzalı 5-cu turda heç-heçə ilə başa vurub. O, Patil Bhaqyaşri (Hindistan) ilə xalı yarıya bölüb.
4 xalla lider mövqeyində olan Nərmin turu məğlubiyyətlə başa vuraraq, 9-cu pilləyə enib. Onu 1-ci yerdə 4,5 xalla Ayan əvəzləyib. Hesabında 3 xal olan Sabina 41-cidir.
Qeyd edək ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.
5-ci tur
Deşmux Duvya (Hindistan) – Nərmin Abdinova – 1:0
Sofiya Hrizlova (İsveçrə) – Ayan Allahverdiya – 0:1
Sabina Rzalı – Patil Bhaqyaşri (Hindistan) – 0,5:0,5
İdman.biz