Şahmat üzrə Beynəlxalq Federasiyanın (FIDE) vitse-prezidenti Georgios Makropulos vəfat edib.
İdman.Biz xəbər verir ki, yunanıstanlı funksioner 72 yaşında dünyasını dəyişib.
Makropulos 1970-ci illərdə Yunanıstanın aparıcı şahmatçılarından olub və ölkə çempionatını yeddi dəfə qazanıb. O, 1979-cu ildən beynəlxalq usta tituluna sahib idi və üç Şahmat Olimpiadasında Yunanıstanı təmsil edib.
Qeyd edək ki, Makropulos 1986-cı ildən FIDE rəhbərliyində müxtəlif yüksək vəzifələrdə, o cümlədən prezident müavini və vitse-prezident kimi fəaliyyət göstərib.
