Torontoda I dövrə başa çatıb: Abasovdan 4-cü heç-heçə

Xəbərlər
12 Aprel 2024 08:44
286
Torontoda I dövrə başa çatıb: Abasovdan 4-cü heç-heçə

Şahmat üzrə İddiaçılar Turnirində I dövrəyə yekun vurulub.

İdman.biz xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə VII turun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Nicat Abasov Vidit Santoş Qujrati ilə görüşüb. Ağ fiqurlarla oynayan 29 yaşlı təmsilçimiz I dövrəni heç-heçə ilə başa vurub.

4-cü bərabərliyə imza atan şahmatçımız xal hesabını 2-yə çatdırıb. Abasov bu heç-heçədən sonra I dövrəni sonuncu pillədə yekunlaşdırıb.

İddiaçılar Turniri
VII tur, 11 aprel

Hikaru Nakamura – Yan Nepomnyaşi – 0,5:0,5
Fabiano Karuana - Rameşbabu Praqnanandja – 0,5:0,5
Nicat Abasov - Vidit Santoş Qujrati – 0,5:0,5
Alireza Firuzya – Dommaradju Qukeş – 1:0

Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE) – 4,5, 2. Dommaradju Qukeş (Hindistan) - 4, 3. Fabiano Karuana (ABŞ) – 4, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 4, 5. Hikaru Nakamura (ABŞ) – 3, 6. Vidit Santoş Qujrati (Hindistan) – 3, 7. Alireza Firuzya (Fransa) – 2,5, 8. Nicat Abasov (Azərbaycan) – 2.

Qeyd edək ki, I dövrənin son turundan sonra iştirakçılara bir günlük fasilə verilib. VIII turun görüşləri aprelin 13-də baş tutacaq

İdman.biz