Şəhriyar Məmmədyarov Kanadada qalib olub

Xəbərlər
10 Aprel 2024 16:42
Şəhriyar Məmmədyarov Kanadada qalib olub

Şahmat üzrə İddiaçılar Turnirinin istirahət günündə qeyri-rəsmi blits turniri keçirilib.

İdman.biz xəbər verir ki, Kanadaya Nicat Abasovun sekundant-məşqçisi kimi yollanan Şəhriyar Məmmədyarov yarışda iştirak edib.

O, turnirin qalibi olub.

Qeyd edək ki, Abasov İddiaçılar Turnirində 5 turdan sonra 1,5 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz