Azərbaycanı fərdi Avropa çempionatında 12 qadın şahmatçı təmsil edəcək

24 Aprel 2026 17:37
177
Azərbaycanı fərdi Avropa çempionatında 12 qadın şahmatçı təmsil edəcək

Gürcüstanın Batumi şəhərində keçiriləcək qadınların fərdi Avropa çempionatında iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, turnirdə ölkəmizi 12 iti zəka sahibi təmsil edəcək.

Yığmanın heyətində Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Lalə Hüseynova və Mələk İsmayıl medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnir mayın 25-dən iyunun 5-dək təşkil olunacaq.

İdman.Biz