Vüqar Həşimovun qardaşı Avropa Şahmat Birliyinin vitse-prezidenti ola bilər

20 Aprel 2026 16:27
203
Vüqar Həşimovun qardaşı Avropa Şahmat Birliyinin vitse-prezidenti ola bilər

Mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşı Sərxan Həşimovun Avropa Şahmat Birliyinin (ECU) vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

İdman.Biz xəbər verir ki, bu barədə ECU-nun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, S.Həşimovun namizədliyi Azərbaycan Şahmat Federasiyası (AŞF) tərəfindən verilib. AŞF Birliyin prezidenti vəzifəsinə seçkilərdə isə gürcüstanlı Zurab Azmayparaşvilini dəstəkləyir.

Qeyd edək ki, Avropa Şahmat Birliyinin rəhbərliyinə seçkilər bu il iyunun 18-də keçiriləcək.

İdman.Biz