Polşada keçirilən şahmat üzrə fərdi Avropa çempionatının bağlanış mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, qitə çempionatında müvafiq olaraq ikinci və üçüncü yeri tutan təmsilçilərimiz Nicat Abasovla Aydın Süleymanlıya gümüş və bürünc medal, o cümlədən kubok təqdim olunub.
Qeyd edək ki, yekunda gümüş və bürünc medalçı Nicat Abasovla Aydın Süleymanlı, eyni zamanda dördüncü pillədə qərarlaşan Məhəmməd Muradlı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

