Polşanın Katovitse şəhərində şahmat üzrə fərdi Avropa çempionatında onuncu turun partiyaları keçirilib.
İdman.Biz xəbər verir ki, tur çərçivəsində liderlər arasında keçirilən görüşdə qalib müəyyənləşməyib. Nicat Abasov ispan David Gixarru ilə heç-heçə edib.

Digər təmsilçimiz Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini məğlub edib. Son Azərbaycan çempionu Məhəmməd Muradlı isə ağ fiqurlarla latviyalı Nikita Meşkovsu üstələyib.
On turdan sonra turnir cədvəlinin ilk beşliyində üç Azərbaycan şahmatçısı yer alıb. Hərəyə səkkiz xal toplayan Nicat Abasov və Aydın Süleymanlı birinci və ikinci yerləri bölüşür. Eyni xala malik Məhəmməd Muradlı əlavə göstəricilərə görə beşinci pillədə qərarlaşıb.

Bu gün keçiriləcək son turda Süleymanlı ağ fiqurlarla Muradlıya qarşı oynayacaq, Abasov isə Rumıniya təmsilçisi Daniel Boqdanla üz-üzə gələcək.
