Rəcəbov “Şahmat ulduzları”nı 4-cü yerdə bitirib

Xəbərlər
19 Dekabr 2023 22:34
418
Rəcəbov “Şahmat ulduzları”nı 4-cü yerdə bitirib

Moskvada “Şahmat ulduzları” beynəlxalq turniri yekunlaşıb.

İdman.biz xəbər verir ki, Teymur Rəcəbov blitsdə 4-cü yeri tutub.

Yarışın son günündə azərbaycanlı şahmatçı 4 qələbə qazanıb. Teymur Fransisko Valyexo, Yevgeniy Tomaşevski, Yekatirina Laqno və Aleksandra Qoryaçkini məğlub edib. Yekunda 10 xal toplayan Rəcəbov 4-cü olub.

Qeyd edək ki, “Şahmat ulduzları” turnirinin qalibi hindistanlı Raunak Sadvani olub. 12 xal toplayan şahmatçı əlavə göstəricilərə görə, Vladisilav Artemyevi qabaqlayıb. Aleksandr Qrişuk 11,5 xalla üçüncü yeri tutub.

İdman.biz