Xankəndidə XI Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub.
İdman.Biz xəbər verir ki, mərasimdə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, yarış iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Açılışdan sonra püşkatma mərasimi keçirilib və I turda üz-üzə gələcək cütlüklər aşağıdakı kimi müəyyənləşib:
— Aydın Süleymanlı (Azərbaycan) - Amin Tabatabai (İran)
— Nodirbek Yakubboev (Özbəkistan) - Yan Nepominayşi (FIDE)
— Rauf Məmmədov (Azərbaycan) - Vladimir Fedoseyev (Sloveniya)
Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.
Qeyd edək ki, Memorial dekabrın 11-də başa çatacaq.
09:48
Bu gün Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan XI Vüqar Həşimov Memorialı start götürəcək.
İdman.Biz xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.
Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, turnirə dekabrın 11-də yekun vurulacaq.
