Malik Həsənov Avropa kubokunun finalına yüksəlib

Xəbərlər
13 Oktyabr 2023 12:42
140
Malik Həsənov Avropa kubokunun finalına yüksəlib

Azərbaycan boksçusu Malik Həsənov Monteneqronun Budva şəhərində Avropa kubokunun finalına yüksəlib.

İdman.biz xəbər verir ki, buna 63,5 kq çəkidə mübarizə aparan təmsilçimizin rəqibinin döyüşdən imtina etməsi səbəb olub.

Ahmat Ştivi (İsrail) görüşə çıxmayacağından Həsənov yarımfinalda döyüşmədən finala vəsiqə qazanıb. O, həlledici görüşdə İanus Karavan (Moldova) – Qabil Məmmədov (Rusiya) cütünün üz-üzə gələcək.

Qeyd edək ki, bu gün baş tutacaq yarımfinal görüşündə Azərbaycan millisinin daha 4 boksçusu döyüşəcək.

İdman.biz