Boksçumuz Çində Azərbaycan himnini səsləndirdi

21 İyun 2026 12:49
111
Boksçumuz  Çində Azərbaycan himnini səsləndirdi

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Bolqarıstan təmsilçisi Rami Kiuvanla qarşılaşıb.

Cəfərov həlledici döyüşdə rəqibinə tam üstünlüklə qalib gəlib. Görüş Azərbaycan boksçusunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə Səidcəmşid Cəfərov cari ildə Dünya Kuboku seriyasının ikinci reytinq turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan millisi turniri üç medalla başa vurub. Daha əvvəl Murad Allahverdiyev 80 kq, Alfonso Dominqes isə 90 kq çəki dərəcəsində bürünc medal qazanıb.

İdman.Biz