Hazırkı UFC yarımyüngül çəki çempionu, 34 yaşlı rusiyalı İslam Mahaçev yarımyüngül və yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqorla döyüş üçün ilkin razılıq verib.
İdman.Biz bildirir ki, söhbət boks döyüşündən gedir.
"Maqreqor məsələsi hələ də həll olunmayıb. Hal-hazırda yeni bir hekayəmiz var. Bu yaxınlarda Zuffa Boks tədbirinə getdim və Turki Əl-Şeyx orada idi. O, Konora zəng edib bokslaşıb-bokslaşmayacağımızı soruşdu. Mən dedim ki, "Əlbəttə, olacaq. Dana Uaytdan soruş". Dana yaxınlıqda oturmuşdu. Danışmaq üçün həqiqətən fürsətimiz olmadı, amma niyə olmasın? Özümü yüksək səviyyəli boksçu hesab etmirəm, amma mütləq istənilən döyüşçüyə qarşı çıxa bilərəm", - Mahaçev deyib.
