Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adlayıb - FOTO

15 Avqust 2026 11:38
182
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adlayıb

Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatının ikinci günündə Azərbaycan millisinin daha üç boksçusu qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Nihat Qasımov (55 kq) 1/16 finalda Aldit Delyu (Albaniya) ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, 1/8 finalda Doryan Kropoqla (Çexiya) döyüşəcək.

Şahin Aslanov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Boksçumuz startda Oskar Stili (Şotlandiya) mübarizədən kənarlaşdırıb – 3:0 (28:28, 29:27, 29:27, 28:28, 29:27). Milli üzvü 1/8 finalda Muhammad Ali Seferbekovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

Adil Zalova (75 kq) isə mərhələ adlamağa cəmi 2 dəqiqə 11 saniyə kifayət edib. O, ilk raundda Axillas Kaloqeridis (Yunanıstan) üzərində tam üstünlüklə qələbə qazanıb. Boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan Andrey Noviklə (Belarus) qüvvəsini sınayacaq.

Hər üç görüş avqustun 16-da keçiriləcək.

Qeyd edək ki, çempionatın ilk günündə də millimizin üç boksçusu qələbə qazanıb.

İdman.Biz