Boksçularımızın U-19 Avropa çempionatında ilk rəqibləri məlum olub

13 Avqust 2026 10:58
122
Boksçularımızın U-19 Avropa çempionatında ilk rəqibləri məlum olub

Serbiyanın Lozniça şəhərində təşkil olunan U-19 Avropa çempionatının püşkü atılıb və Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Azərbaycan yığması yarışda 10 oğlan və 3 qız olmaqla ümumilikdə 13 boksçu ilə təmsil olunur.

Bu gün – avqustun 13-də millimizin dörd üzvü mübarizəyə başlayacaq. 51 kq çəki dərəcəsində Gülər Hüseynova 1/8 finalda Serbiya təmsilçisi Nataşa Lukiçlə qarşılaşacaq.

1/16 final mərhələsində Əli Əliyev (50 kq) italiyalı İmad Bouraouia, Əli Baxışov (60 kq) Ermənistan təmsilçisi Artur Avetisyan, Renat Qiyaslı (80 kq) isə gürcüstanlı Davit Mxetsadze ilə üz-üzə gələcək.

Avqustun 14-də Nihat Qasımov (55 kq) albaniyalı Aldit Delyu, Şahin Aslanov (65 kq) Oskar Stil, Rza Rzayev (70 kq) irlandiyalı Con Maher, Adil Zalov (75 kq) isə yunanıstanlı Axillas Kaloqeridislə döyüşəcək.

Avqustun 15-də Heydər Əzməmmədov (85 kq) xorvatiyalı Niko Qoreta, Zaur Səmədov (90 kq) italiyalı Alessio Ballarin, Səfdər Məmmədzadə (+90 kq) almaniyalı Ahmed Abdulhamidovla qarşılaşacaq. Qadınların yarışında Banuçiçək Nəsirli (48 kq) yunanıstanlı Angeliki Petroula Sduqa ilə üz-üzə gələcək.

Əminə Tağı isə 54 kq çəki dərəcəsində mübarizəyə 1/8 finaldan başlayacaq. Onun avqustun 17-dəki rəqibi İsveç təmsilçisi Medina Zaman olacaq.

U-19 Avropa çempionatı

13 avqust
1/8 final

Gülər Hüseynova (51 kq) – Nataşa Lukiç

1/16 final
Əli Əliyev (50 kq) – İmad Bouraouia
Əli Baxışov (60 kq) – Artur Avetisyan
Renat Qiyaslı (80 kq) – Davit Mxetsadze

14 avqust
1/16 final

Nihat Qasımov (55 kq) – Aldit Delyu
Şahin Aslanov (65 kq) – Oskar Stil
Rza Rzayev (70 kq) – Con Maher
Adil Zalov (75 kq) – Axillas Kaloqeridis

15 avqust
1/8 final

Heydər Əzməmmədov (85 kq) – Niko Qoreta
Zaur Səmədov (90 kq) – Alessio Ballarin
Səfdər Məmmədzadə (+90 kq) – Ahmed Abdulhamidov
Banuçiçək Nəsirli (48 kq) – Angeliki Petroula Sduqa

17 avqust
1/8 final

Əminə Tağı (54 kq) – Medine Zaman

İdman.Biz