Avropa çempionatı: Altı boksçumuz 1/4 finala yüksəlib

16 Avqust 2026 22:23
68
Avropa çempionatı: Altı boksçumuz 1/4 finala yüksəlib

Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin altı boksçusu qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Belə ki, Banuçiçək Nəsirli (48 kq) 1/8 finalda Angeliki Petroula Sduqaya üçüncü raundda tam üstünlüklə qalib gəlib.

Əli Əliyev (50 kq) 1/8 finalda Adrian Zameçikdən (Slovakiya) 5:0 hesabı ilə üstün olub.

Nihat Qasımov (55 kq) 1/8 finalda Doryan Kropoqa (Çexiya) üçüncü raundda tam üstünlüklə qalib gəlib.

Əli Baxışov (60 kq) isə 1/8 finalda Petar Krpana (Xorvatiya) 5:0 hesabı ilə qalib gəlib.

Şahin Aslanov (65 kq) 1/8 finalda Muhammad Ali Seferbekovu (Rusiya) 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, daha öncə Gülər Hüseynova (51 kq) adını 1/4 finala yazdırıb.

İdman.Biz