Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda 1/8 finala yekun vurulub. Reytinq xarakterli yarışda Azərbaycan millisinin 3 idmançısı 1/4 final mərhələsinə yüksəlib.
İdman.Biz bildirir ki, 55 kq-da Amin Məmmədzadə ikinci görüşündə Samandar Olimovla (Özbəkistan) üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. Məmmədzadə 1/4 finalda Nikil Nikillə (Hindistan) döyüşəcək.
Nəbi İsgəndərov (70 kq) Velvan Tana (Sinqapur) qalib gəlib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Təmsilçimiz 1/4 finalda Deepak Deepakla münasibətinə aydınlıq gətirəcək.
Murad Allahverdiyev (80 kq) isə Vitali Valterə (Almaniya) gücünü göstərib. O, rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Allahverdiyev 1/4 finalda Marlon Sevehonla (Avstraliya) qarşılaşacaq.
