Nəriman Abdullayev: “Dünya Kubokunda üç medal qazanmağımız qənaətbəxş nəticədir”

22 İyun 2026 17:58
75
Nəriman Abdullayev: “Dünya Kubokunda üç medal qazanmağımız qənaətbəxş nəticədir”

Azərbaycan boksçularının Çinin Quyyan şəhərində keçirilmiş Dünya Kubokunda bir qızıl, iki bürünc medal qazanması qənaətbəxş nəticədir.

Bu barədə millinin böyük məşqçisi Nəriman Abdullayev bildirib.

O, idmançıların sözügedən yarışda pis çıxış etmədiklərini söyləyib.

“Dünya Kubokunda təşkilatçılıq yüksək səviyyədə idi. Boksçularımız turnirdə pis çıxış etmədilər. Yarışı bir qızıl və iki bürünc medalla başa vurduq. Dünyanın bütün güclü boksçuları Dünya Kubokunda iştirak edirdilər. Bu səbəbdən üç medal qazanmağımızı qənaətbəxş nəticə hesab edirik”, - deyə o, report.az-a açıqlamasında vurğulayıb.

Xatırladaq ki, Dünya Kubokunda Səidcəmşid Cəfərov (75 kq) qızıl, Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) bürünc mükafat qazanıb.

İdman.Biz