Boksçumuz Səidcəmşid Cəfərov Dünya Kubokunda finala vəsiqə qazanıb

20 İyun 2026 17:48
99
Boksçumuz Səidcəmşid Cəfərov Dünya Kubokunda finala vəsiqə qazanıb

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov (75 kq) Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı yarımfinalda yarımfinalında italiyalı Rontani Quidi Qabrielə 4:1 hesabı ilə qalib gəlib.

O, sabah keçiriləcək finalda Rami Kiuanla (Bolqarıstan) qarşılaşacaq.

Eyni raundda məğlub olan boksçumuz Alfonso Dominqes (90 kq) və Murad Allahverdiyev (80 kq) bürünc medalla kifayətləniblər.

İdman.Biz