Boksçularımız Sarayevoda gücünü göstərdi: 12 medal - FOTO

21 İyun 2026 19:18
152
Boksçularımız Sarayevoda gücünü göstərdi: 12 medal - FOTO

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə Olimpiya ümidləri turnirinə yekun vurulub.

İdman.Biz Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisi yarışda 13 idmançı ilə təmsil olunub. Komandamız iki yaş kateqoriyasında ümumilikdə 12 medal qazanıb. Bunlardan yeddisi qızıl, üçü gümüş, ikisi isə bürüncdür.

U-19-ların mübarizəsində Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Səftər Məmmədzadə (90 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olublar. Gülər Hüseynova (54 kq) finala qədər irəliləyərək gümüş medal qazanıb. Şahin Aslanov (65 kq) və Rza Rzayev (70 kq) isə yarışı bürünc medalla başa vurublar.

U-17 kateqoriyasında da Azərbaycan boksçuları yüksək nəticə göstəriblər. Aysel Fərəcova (48 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Aydan İsmayıllı (48 kq) və Fatimə Məmmədli (50 kq) isə gümüş medal əldə ediblər.

Beləliklə, millimizin 13 iştirakçısından 12-si Sarayevo turnirini medalla tamamlayıb.

İdman.Biz