Boksçumuz Avropa kubokunda 1/4 finala yüksəlib

Xəbərlər
11 Oktyabr 2023 09:23
Boksçumuz Avropa kubokunda 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb.

İdman.biz xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda Adrian Krusla (İspaniya) üz-üzə gəlib.

Döyüş boksçumuzun xeyrinə yekunlaşıb. İsgəndərov 4:0 (29:27, 28:28, 29:27, 29:27, 29:26) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Canluici Malanqa (İtaliya) ilə üz-üzə gələcək. Görüş oktyabrın 12-də keçiriləcək.

Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə 4 boksçumuz rinqə çıxacaq. Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5) Lounes Hamraoui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kq) Qabriel Debaniçlə (Xorvatiya) və Eldar Quliyev (86 kq) Aleksey Alfiorovla (Belarus) döyüşəcək.

İdman.biz