Azərbaycan boksçuları Avropa çempionatına qələbə ilə başlayıblar

17 Sentyabr 2026 23:37
98
Azərbaycan boksçuları Avropa çempionatına qələbə ilə başlayıblar

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatı start götürüb.

İdman.Biz xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisinin iki üzvü – 70 kq çəki dərəcəsində Nəbi İsgəndərov və 85 kq-da Səid Səidov rinqə çıxıblar.

Hər iki boksçu rəqibi üzərində 4:1 hesablı qələbə qazanıb. İsgəndərov monteneqrolu Miloş Poqanoviçə, Səidov isə belçikalı İdris Leqanesiyə qalib gəlib.

Bu nəticə hər iki idmançıya turnirin 1/8 final mərhələsinə vəsiqə qazandırıb.

Ümumilikdə qitə birinciliyində 11 Azərbaycan boksçusu iştirak edir.

İdman.Biz