İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

18 Sentyabr 2026 09:48
97
İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında Avropa çempionatına start verilib.

İdman.Biz xəbər verir ki, 43 ölkədən 406 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər iki üzvü qələbə qazanıb.

Bildirilib ki, Nəbi İsgəndərov (70 kq) startda Miloş Poqanoviçlə (Monteneqro) gücünü yoxlayıb. Hər üç raundu xeyrinə bitirən boksçu yekunda 4:1 (29:28, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, sentyabrın 19-da 1/8 finalda Fabian Tomkiçlə (Xorvatiya) döyüşəcək.

Seyid Seyidov (85 kq) da 1/16 final görüşünü xeyrinə bitirib. Təmsilçimiz İdris Leqanesi (Belçika) 4:1 (29:28, 27:30, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Milli üzvü sentyabrın 18-də 1/8 finalda ilk mərhələdən azad olan Adrian Rikardo (İspaniya) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatının qaliblərinin adına sentyabrın 25-də aydınlıq gələcək.

İdman.Biz