Sabiq UFC çempionu “Eyforiya” serialının aktyoru ilə rinqə çıxacaq

15 Sentyabr 2026 22:51
80
Sabiq UFC çempionu  “Eyforiya” serialının aktyoru ilə rinqə çıxacaq

2008-ci il Olimpiya Oyunlarının sərbəst güləş üzrə çempionu, UFC-nin yüngül və ən yüngül çəki dərəcələrində sabiq qalibi, 39 yaşlı amerikalı Henri Sehudo peşəkar boksda debüt etməyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, o, sentyabrın 26-da ABŞ-ın Florida ştatının Mayami şəhərində keçiriləcək “Misfits Boxing” liqasının turnirində məğlubedilməz 20 yaşlı boksçu və aktyor Ceyvon Uoltonla qarşılaşacaq.

Ceyvon Uolton peşəkar boks karyerasında 3 qələbə qazanıb, heç bir məğlubiyyəti yoxdur, bir döyüşü isə heç-heçə başa çatıb. O, həmçinin “Eyforiya” və “Uorriol” kimi məşhur seriallardakı rolları ilə tanınır.

Henri Sehudo isə qarışıq döyüş sənətlərində (MMA) keçirdiyi 22 döyüşdə 16 qələbə qazanıb, bunlardan 8-i nokautla olub. Amerikalı döyüşçü 6 dəfə məğlub olub.

İdman.Biz