Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Boksçumuz xorvatiyalı rəqibini məğlub edib - İdman və Biz

Boksçumuz xorvatiyalı rəqibini məğlub edib

Xəbərlər
30 May 2024 13:16
318
Boksçumuz xorvatiyalı rəqibini məğlub edib

Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, 92 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 finalda Marko Çaçiki (Xorvatiya) məğlub edib.

Dünya çempionumuz rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Dominqes 1/8 final mərhələsində Sanjit Sanjitlə (Hindistan) üz-üzə gələcək. Görüş mayın 31-də olacaq.

Qeyd edək ki, bu gün Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.

İdman.biz

Məqalədə: