Boksçularımız Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər

14 Sentyabr 2026 16:04
109
Boksçularımız Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan boksçuları avqustun 17-də Bolqarıstanın paytaxtı Sofiyada Avropa çempionatında iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, doqquz gün davam edəcək reytinq xarakterli yarışda yığmamız kişi boksçuların mübarizəsində tam heyətlə çıxış edəcək.

Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev, Etibar Abdullayev və Mehman Quliyev çempionatda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (85 kq), Rauf Rəhimov (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.

Qadınların yarışında məşqçi Rafiq İsmayılov Zeynəb Rəhimovanı (54 kq) sınayacaq.

Çempionatda hakim qiymətləndiricisi Anar Babanlı isə ölkəmizin idman şərəfini qoruyacaq.

Qeyd edək ki, Sofiyadakı yarışda 40 ölkədən 400-dən çox boksçunun qüvvəsini sınayacağı gözlənilir.

İdman.Biz