23 yaşadək boksçulardan ibarət millimiz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

11 Sentyabr 2026 12:52
75
23 yaşadək boksçulardan ibarət millimiz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Azərbaycanın 23 yaşadək boksçulardan ibarət millisi Qazaxıstanın Aktau şəhərində keçiriləcək beynəlxalq turnirdə gücünü sınayacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası (ABF) məlumat yayıb.

Bildirilib ki, yarış sentyabrın 15-də start götürəcək və 5 gün davam edəcək.

Komandanın məşqçisi Elbrus Rzayev Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev, Ruslan Rüstəmov (hər ikisi 65 kq), Vaqif Hacıyev (70 kq) və Abbasqulu Şadlinskiyə (75 kq) şans verəcək.

İdman.Biz