Azərbaycan idmançıları dünya çempionatında üç medal qazanıblar - FOTO

14 Sentyabr 2026 23:26
76
Azərbaycan idmançıları dünya çempionatında üç medal qazanıblar

Azərbaycan idmançıları Fransanın Bulon-sür-Mer şəhərində keçirilən savat üzrə dünya çempionatında 3 bürünc medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Ələkbər Xanməmmədov (56 kq), Yasin İbrahimov (60 kq) və Nihat Quliyev (65 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

İdman.Biz