Boks üzrə yarımorta çəki dərəcəsində WBC versiyası üzrə dünya çempionu Rayan Qarsiya britaniyalı Konor Benn üzərində vaxtından əvvəl qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, döyüş 13 sentyabrda ABŞ-nin Las-Veqas şəhərində keçirilib və “Zuffa Boxing” turnirinin əsas qarşılaşması olub.
Qarsiya rəqibini ikinci raundda nokaut edib. Bu, 27 yaşlı ABŞ-li boksçunun WBC çempionluq kəmərinin ilk müdafiəsi olub.
Qeyd edək ki, Qarsiya peşəkar rinqdə 2016-cı ildən çıxış edir, 2023-cü ildən isə yarımorta çəki dərəcəsində döyüşür. Onun hesabında 25 qələbə var ki, bunlardan 21-i nokautla əldə edilib. Boksçu iki dəfə məğlub olub.
29 yaşlı Benn də peşəkar karyerasına 2016-cı ildə başlayıb. Onun aktivində 25 qələbə, o cümlədən 14 vaxtından əvvəl qələbə və iki məğlubiyyət var.
