Boksçularımızdan Xabarovskda 5 medal

Xəbərlər
18 May 2024 16:45
108
Boksçularımızdan Xabarovskda 5 medal

Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialına yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 5 medalla başa vurub.

Komandamızın heyətində Maqsud Xasmetov (60 kq) turnirin qalibi adını qazanıb. O, finalda Dilşod Abdumurodova (Özbəkistan) qalib gəlməklə Xabarovskda Azərbaycan himnini səsləndirib.

Xasmetovdan fərqli, Ruslan Rüstəmov (63,5 kq) finalda məğlub olub. Həlledici görüşdə Sandan Sandarov (Rusiya) qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.

Beləliklə, millimiz Memorialı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.

Azərbaycanlı referi Qalib Əbiyev isə yarışın ən yaxşı 5 hakimi sırasında yer alıb.

Qeyd edək ki, daha öncə Ümid Rüstəmov (57 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadə (75 kq) 3-cü yeri tutublar.

İdman.biz

Məqalədə: