Kubalı əlcəksiz boks döyüşçüsü Yoel Romero ilə britaniyalı Darren Till arasında gərgin baxış dueli baş tutub.
İdman.Biz xəbər verir ki, hadisə İngiltərənin Mançester şəhərində keçirilən BKFC 94 turnirinin mətbuat konfransında yaşanıb.
Romero ilə Till üç dəqiqə yarımdan çox müddətdə gözlərini bir-birindən çəkməyiblər. Təşkilatın rəhbəri Deyv Feldman və təhlükəsizlik əməkdaşları baxış duelini dayandırmağa çalışsalar da, döyüşçülərin heç biri geri çəkilmək istəməyib. Sonda tərəflər bir-birindən uzaqlaşdırılıblar.
Keçmiş UFC döyüşçüləri sentyabrın 26-da Mançesterdəki “AO Arena”da keçiriləcək BKFC 94 turnirinin əsas qarşılaşmasında üz-üzə gələcəklər. Döyüş yarımağır çəki dərəcəsində baş tutacaq.
Qeyd edək ki, Darren Till bundan əvvəlki döyüşündə mayın 30-da Aaron Çalmersi nokautla məğlub edib. Yoel Romero isə son qarşılaşmasında Aleks Nikolson üzərində birinci raundda texniki nokautla qələbə qazanıb.
