Yeniyetmə boksçularımız Şamaxıda təlim-məşq toplanışına başladı

3 Avqust 2026 14:31
116
Yeniyetmə boksçularımız Şamaxıda təlim-məşq toplanışına başladı

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına yollanıb.

İdman.Biz xəbər verir ki, yığma bu gündən etibarən hazırlığını Şamaxıda davam etdirəcək.

Məşqçilər korpusu toplanışa U-17 Azərbaycan çempionatında özünü yaxşı tərəfdən göstərən boksçuları cəlb edib. Hazırlıq prosesində 22 idmançı iştirak edəcək.

Məşqlər zamanı əsas diqqət taktiki hazırlığa yönəldiləcək.

Qeyd edək ki, Avropa çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı avqustun 17-də başa çatacaq.

İdman.Biz