U-15 millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

5 Avqust 2026 11:13
108
U-15 millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Avqustun 6-da Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir start götürəcək.

İdman.Biz xəbər verir ki, dörd gün davam edəcək yarışda Azərbaycan millisi də təmsil olunacaq.

Yığmanın heyətində Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) çıxış edəcəklər. Boksçulara məşqçi Etibar Abdullayev rəhbərlik edəcək.

İdman.Biz
Məqalədə: