Entoni Coşua - Tayson Fyuri döyüşü Nyu-Yorkda baş tuta bilər

4 Avqust 2026 02:41
86
Entoni Coşua - Tayson Fyuri döyüşü Nyu-Yorkda baş tuta bilər

Britaniyalı boksçular Entoni Coşua və Tayson Fyuri arasında döyüş Böyük Britaniyada deyil, Nyu-Yorkda baş tuta bilər.

İdman.Biz bu barədə “BoxingScene”yə istinadən bildirir.

Mənbənin məlumatına görə, döyüşün “Uembli” stadionunda keçirilməsi ilə bağlı danışıqlar bir neçə aydır ki, davam edir. Səudiyyə Ərəbistanı Baş Əyləncə İdarəsinin rəhbəri Turki Əl-Şeyx stadion təşkilatçılarını döyüşün gecə saatlarında baş tutmasına və Səudiyyə Ərəbistanı üçün əlverişli vaxtda yayımlanmasına razı salmağa çalışıb.

Lakin nəşrin məlumatına əsasən, bu danışıqlar uğursuz olub və çox güman ki, Nyu-York şəhəri yarışın keçiriləcəyi məkan olacaq.

İdman.Biz