Azərbaycanın kişi boksçulardan ibarət yığma komandası Polşa ilə yoldaşlıq görüşü keçirəcək

Xəbərlər
13 Noyabr 2025 14:57
42
Azərbaycanın kişi boksçulardan ibarət yığma komandası Polşa ilə yoldaşlıq görüşü keçirəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi Polşa ilə yoldaşlıq görüşü keçirəcək.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Komanda artıq sözügedən ölkəyə yollanıb. Yığma üzvləri noyabrın 15-də Krakovda boks gecəsinə qatılacaq.

Məşqçilər Etibar Abdullayevlə Ceyhun Əbiyev döyüşlərdə Nicat Hüseynov, Kənan Babayev (hər ikisi 55 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Malik Həsənov (65 kq), Mehdi Həsənov (70 kq), Şəmsi Şahbazov (75 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.

Qeyd edək ki, milli Bakıya noyabrın 18-də qayıdacaq.

İdman.Biz