Millimiz Kanadaya uduzub, Niderlanda qalib gəlib - YENİLƏNİR

Xəbərlər
13 Sentyabr 2025 14:18
137
Millimiz Kanadaya uduzub, Niderlanda qalib gəlib - YENİLƏNİR

Bu gün basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi ilk dəfə həlledici mərhələyə qatılıb.

Şanxayda baş tutan mərhələdə komandamız B qrupundakı ilk görüşündə Kanadaya uduzub. Basketbolçularımız növbəti qarşılaşmada Niderlandın U-25 millisinə qalib gəlib. Yığmamız Rumıniyanın “Rapid” klubu ilə də üz-üzə gələcək.

Dünya Qadın Seriyası
Final mərhələsi
13 sentyabr

11:25. Kanada – Azərbaycan - 21:13
13:25. Azərbaycan – Niderland U-25 - 21:19
16:55. "Rapid" – Azərbaycan

Qeyd edək ki, Azərbaycan millisinin "Rapid"lə qarşılaşması Bakı vaxtı ilə saat 16:45-də start götürəcək.

İdman.biz