Dünya Qadın Seriyası: Millimiz 1/4 finalda - YENİLƏNİB/VİDEO

Xəbərlər
23 Avqust 2025 20:46
146
Dünya Qadın Seriyası: Millimiz 1/4 finalda - YENİLƏNİB/VİDEO

Bu gün Bakıda 3x3 basketbolu üzrə Dünya Qadın Seriyası çərçivəsində Səbail mərhələsi start götürüb.

İdman.biz xəbər verir ki, Fəvvarələr Meydanında baş tutacaq yarışda Azərbaycan millisi qrupda ikinci yeri tutub.

B qrupunda yer alan basketbolçularımız ilk görüşdə Çexiya (15:17) uduzsalar da, Filippinə qalib gəliblər. 21:14 hesabı ilə üstün olan komandamız ikinci yeri tutaraq, 1/4 finala yüksəlib.

Dünya Qadın Seriyası
Səbail mərhələsi
23 avqust

18:30. Çexiya – Azərbaycan - 17:15
20:10. Azərbaycan – Filippin - 21:14

Qeyd edək ki, 1/4 final görüşləri sabah keçiriləcək.

***

19:48

Bu gün Bakıda 3x3 basketbolu üzrə Dünya Qadın Seriyası çərçivəsində Səbail mərhələsi start götürüb.

İdman.biz xəbər verir ki, Fəvvarələr Meydanında baş tutacaq yarışda Azərbaycan millisi də mübarizə aparır.

B qrupunda yer alan basketbolçularımız öncə Çexiya qarşılaşıblar. Matç rəqibin qələbəsi ilə yekunlaşıb.

Yığmamız bu gün ikinci oyunda Filippinlə üz-üzə gələcək.

Dünya Qadın Seriyası
Səbail mərhələsi
23 avqust

18:30. Çexiya – Azərbaycan - 17:15
20:10. Azərbaycan – Filippin

Qeyd edək ki, qrup mərhələsində ilk 2 yeri tutacaq komanda 1/4 finala yüksələcək. Həlledici görüşlər sabah keçiriləcək.

İdman.biz