Millimizin Gürcüstan toplanışı yekunlaşıb

Xəbərlər
11 İyun 2025 19:45
42
Millimizin Gürcüstan toplanışı yekunlaşıb

18 yaşadək basketbolçulardan ibarət millimizin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş təlim-məşq toplanışının ilk mərhələsi yekunlaşıb.

İdman.biz xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi komanda hazırlıq çərçivəsində yerli komandalarla bir neçə yoldaşlıq oyununda gücünü sınayıb.

Azərbaycan U-18 Bədən Tərbiyəsi Universitetinə 67:73, Gürcüstan U-20 isə 51:89 hesabları ilə uduzub. Millimiz SEU BK komandasını məğlub edib - 70:58.

Qeyd edək ki, hazırlıq iyulun 25-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlıq məqsədi daşıyır.

İdman.biz