"Son üç oyunda istədiyimiz səviyyədə çıxış edə bilməmişik. Hələ də ən yaxşı performansımızdan uzağıq”.
İdman.biz xəbər verir ki, bunu “Cəlilabad”ın amerikalı basketbolçusu Conson Raşon deyib.
Legionerin sözlərinə görə, komanda olaraq hər oyunda daha da təkminləşirlər: “Əsas hədəfimiz mövsümü uğurlu keçirməkdir. Bir-birimizə uyğunlaşmağa və əsl komanda ruhunu əldə etməyə çalışırıq. Qarşıdakı oyunlarda qələbə qazanmaq imkanımız çox yüksəkdir. Tutduğumuz istiqamətdən məmnunam”.
Conson azarkeşlər dəstəyi ilə oyundan zövq aldığını da bildirib: “Cəlilabaddakı oyunlarımıza gələn azarkeşlərimizə təşəkkürümü bildirirəm. Onların dəstəyi və köməyi ilə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Oyunlarda bizi dəstəkləyənləri görmək mənə əlavə motivasiya verir və əzmkar oynamağa sövq edir".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında keçirdiyi 3 oyunda bölgə təmsilçisi 1 qələbə qazanıb. Şəhriyar Əskərovun komandası ilk turda səfərdə “Sərhədçi”ni (86:76) məğlub edib. “Cəlilabad” IV turda “Şəki” ilə üz-üzə gələcək. Onlar növbəti matçını isə “Sumqayıt”a qarşı keçirəcək.
İdman.biz