“Naxçıvan” gənc basketbolçunu heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Murad Babayevlə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, 20 yaşlı oyunçu son olaraq NTD klubunun şərəfini qoruyub. M.Babayev həmçinin bu yay FIBA U-20 Avropa çempionatının B divizionunda Azərbaycan millisinin heyətində də çıxış edib.
