“Gəncə” basketbol komandası məşqçisi ilə müqavilənin müddətini yeniləyib

14 Sentyabr 2026 14:44
99
“Gəncə” basketbol komandası məşqçisi ilə müqavilənin müddətini yeniləyib

“Gəncə” basketbol komandası məşqçisi Zaur Məmmədovla müqavilənin müddətini yeniləyib.

İdman.Biz xəbər verir ki, bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonunadək anlaşma imzalanıb.

Bununla da Məmmədov baş məşqçi Martin Knejeviçə kömək edəcək korpusda yer alıb.

İdman.Biz