“Sabah” basketbol klubu heyətini Avropa Kubokunun son qalibi olmuş oyunçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə taytaxt təmsilçisi məlumat yayıb.
Bildirilib ki, ABŞ-li basketbolçu Tacuan Eyci ilə mövsümün sonunadək müqavilə imzalanıb.
28 yaşlı, 2,03 metr boya malik basketbolçu ötən mövsümü Fransanın “JL Burq” klubunda keçirib və komandanın heyətində Avropa Kubokunun qalibi olub. Eyci turnirdə 15 oyunda orta hesabla 6,5 xal və 3,2 ribaundla yadda qalıb.
Peşəkar karyerasına 2020-ci ildə başlayan basketbolçu Bolqarıstanın “Balkan”, İsrailin “Makkabi Aşdod”, Almaniyanın “Rasta Vexta” və Fransanın “Qravlen-Dünkerk” klublarında çıxış edib. O, həmçinin Yeni Zelandiyanın “Hoks Bey Hoks” komandasında forma geyinib.
